Bank Of Baku

ASK və AİB arasında əməkdaşlıq memorandumu imzalanacaq

ASK və AİB arasında əməkdaşlıq memorandumu imzalanacaq
# 09 dekabr 2021 15:50 (UTC +04:00)

Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) ilə Asiya İnkişaf Bankı arasında əməkdaşlıq memorandumu imzalanacaq.

ASK-dan "APA-Economics"ə verilən məlumata görə, sənədin imzalanmasına dair müzakirə iki qurum arasında əməkdaşlıq perspektivlərinə dair keçirilən görüş zamanı aparılıb.

Konfederasiyanın prezidenti Məmməd Musayev, Azərbaycanda biznes, investisiya mühiti, işğaldan azad edilən Qarabağ torpaqlarının inkişaf potensialı barədə AİB-in Azərbaycandakı daimi nümayəndəliyin rəhbəri Kendis Makdeyqana məlumat verib.

Öz növbəsində K. Makdeyqan ölkədəki daimi nümayəndəliyin gördüyü işlər, dövlət, özəl sektorla əməkdaşlıq, texniki yardım layihələri, investisiya, kreditləşmə imkanları haqqında təqdimat keçirib.

Tərəflər gələcəkdə təşkil olunacaq forumlarda birgə iştirakçılıq və əməkdaşlıq üçün memorandum imzalanması qərarı veriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR