Azərbaycanın Türkiyədəki Ticarət Nümayəndəliyi (ATTN) fəaliyyətə başladığından indiyədək Türkiyədə 60-dan artıq görüşdə iştirak edib.
“APA-Economics” xəbər verir ki, bunu Azərbaycanın Türkiyədə ticarət nümayəndəsi Tamerlan Tağıyev Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "Azərbaycan-Türkiyə İnvestisiya forumu"nda çıxışı zamanı deyib.
“Azərbaycanın Türkiyədəki Ticarət Nümayəndəliyi 2023-cü ilin iyun ayından fəaliyyətə başlayıb. Bu müddətdə Türkiyədə 60-dan artıq görüşdə iştirak etmişik. Türkiyəli iş adamlarına mövcud imkanlar və investisiya perspektivləri haqda məlumat verərək onları ölkəmizə dəvət etmişik”, - Tamerlan Tağıyev qeyd edib.
Onun sözlərinə görə, bu səfərlərin nəticəsi olaraq layihələr üzrə biznes planlar hazırlanır, yeni iş birliyinin yaradılması üçün addımlar atılır.