"Avropanın ən böyük proqramlaşdırma şirkəti SAP SE Rusiyadakı işçilərini ölkəni tərk etməyi təklif edib"
Bunu "APA-Economics"ə açıqlamasında SAP Se-nin Mərkəzi və Şərqi Avropa üzrə icraçı direktoru Tom Kindermans deyib.
O, Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar sanksiyalara qoşulduqlarını və Rusiyada SAP-ın Data Mərkəzini bağladıqlarını açıqlayıb.
Tom Kindermans bununla əlaqədar olaraq şirkətin Moskvada çalışan 1300 işçisi qarşısında məsuliyyət daşıdıqlarını və onlara digər ölkələrdə fəaliyyət göstərmək imkanı yaratdıqlarını bildirib: "Rusiya vətəndaşı olan işçilərə SAP-ın digər ölkələrdəki mərkəzlərində çalışmaq təklif edilib. İşçilərin bir hissəsi şirkət tərəfindən edilən bu təklifi qəbul edib. Bir hissəsi miqrasiyanın çətinliyini nəzərə alaraq imtina edib".