"Avrora Qrup" "ASAN Məktub" sosial proqramı ilə birlikdə Yeni il bayramı münasibəti ilə Sumqayıt, Salyan, Sabirabad, Bərdə və Şəki şəhərində yaşayan şəhid, qazi və aztəminatlı ailələrin uşaqlarına isti geyimlər, oyuncaqlar və məktəb ləvazimatları hədiyyə edib. Sosial aksiyanın məqsədi həssas qruplara aid olan uşaqlara sevinc bəxş etmək, cəmiyyətdə sosial məsuliyyət və qayğı hissini daha da artırmaqdır.
"ASAN Məktub" sosial proqramı çərçivəsində həyata keçirilən bu təşəbbüs nəticəsində www.asanmektub.az saytına məktub göndərən 60 nəfər uşağın arzuları çin olub.
"Avrora Qrup" 2021-ci il ərzində "Korporativ sosial məsuliyyət proqramı"nda xüsusi qayğıya ehtiyacı olan və həssas qruplara aid uşaqları daim diqqət mərkəzində saxlayıb və 2022-ci ildə də silsilə tədbirlərin davam etdirilməsi nəzərdə tutulub.