Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.
“APA-Economics” xəbər verir ki, bu barədə M. Cabbarov “Twitter” hesabında yazıb.
Nazir bildirib ki, görüşdə iqtisadi əlaqələrin gücləndirilməsi, yeni biznes təşəbbüslərinin və investisiyaların təşviqi, həmçinin azad edilmiş ərazilərdə həyata keçirilən layihələrdə macar şirkətlərinin iştirakı barədə müzakirələr aparılıb.