Bank Of Baku

Azad edilmiş ərazilərin iqtisadi reinteqrasiyası ilə bağlı qanunveriçilikdə çoxsaylı güzəştlər nəzərdə tutulub

Azad edilmiş ərazilərin iqtisadi reinteqrasiyası ilə bağlı qanunveriçilikdə çoxsaylı güzəştlər nəzərdə tutulub
# 15 fevral 2024 12:54 (UTC +04:00)

Azad edilmiş ərazilərin iqtisadi reinteqrasiyası ilə bağlı qanunveriçilikdə çox saylı güzəştlər nəzərdə tutulub. O ərazilərdə iqtisadi aktivlik artdıqca bütün investorlar bu müsbət effekti hiss edəcəklər.

APA-Economics” xəbər verir ki, bunu Dövlət Vergi Xidmətinin aparat rəhbəri Emil Qarayev bu gün keçirilən “Vergi sistemi yeni inkişaf dövründə: davamlı iqtisadiyyat üçün strateji hədəflər” adlı Forumda deyib.

O bildirib ki, həyata keçirilən vergi siyasəti daha çox investisiya fəaliyyətinin yaxşılaşdırılmasına və prioritet təşkil edilən sahələr üzrə optimal vergi yükünün müəyyən edilməsini nəzərdə tutur: "Yeganə vergi aksiz vergisidir ki, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyələrini nəzərə almaqla dəyişiklər baş verir. Digər bütün hallarda investisiyalara təsir edən vergi növlərində yalnız yumşalma müşahidə edilir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR