2023-cü ilin yanvar-mart aylarında işğaldan azad edilmiş rayonlarda bütün ticarət müəssisələrində pərakəndə ticarət dövriyyəsi 13 milyon 371.4 min manat təşkil edib.
“APA-Economics” Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara əsasən xəbər verir ki, pərakəndə ticarət dövriyyəsi ən çox Füzuli rayonunda (5 milyon 809.8 min manat) olub.
Aşağıdakı cədvəldə 2023-cü ilin ilk 3 ayında işğaldan azad edilmiş rayonların bütün ticarət müəssisələrində pərakəndə ticarət dövriyyəsi verilib.
| Azad edilmiş rayonlar | Pərakəndə ticarət dövriyyəsi min. manat |
| Füzuli rayonu | 5809.8 |
| Ağdam rayonu | 2117.1 |
| Cəbrayıl rayonu | 1704.7 |
| Zəngilan rayonu | 1340.9 |
| Şuşa rayonu | 1253.1 |
| Laçın rayonu | 747.7 |
| Xocavənd rayonu | 372.1 |
| Qubadlı rayonu | 26 |