2023-cü ilin yanvar-sentyabr ayları ərzində işğaldan azad edilmiş rayonlarda 989 yeni iş yeri açılıb.
“APA-Economics”in Dövlət Statistika Komitəsinə hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 79.2% artıb. Belə ki, 2022-ci ilin yanvar-sentyabr aylarında işğaldan azad edilmiş rayonlarda 552 yeni iş yeri yaradılıb.
Qeyd edək ki, cari ilin ilk 9 ayı ərzində ən çox yeni iş yeri Laçın və Şuşada yaradılıb. Belə ki, hesabat dövründə Laçında 515, Şuşada isə 262 yeni iş yeri açılıb.
| Azad edilmiş rayonlar | Yeni yaradılmış iş yerlərinin sayı |
| Laçın | 515 |
| Şuşa | 262 |
| Ağdam | 64 |
| Xocavənd | 46 |
| Cəbrayıl | 39 |
| Füzuli | 34 |
| Kəlbəcər | 19 |
| Xocalı | 5 |
| Qubadlı | 3 |
| Zəngilan | 2 |