Bank Of Baku

Azərbaycan bu il Gürcüstanın ən böyük ixrac tərəfdaşı olub

Azərbaycan bu il Gürcüstanın ən böyük ixrac tərəfdaşı olub
# 19 oktyabr 2023 11:53 (UTC +04:00)

Gürcüstan cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana 632,68 milyon dollar dəyərində mal və məhsullar ixrac edib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib. Qeyd olunub ki, Azərbaycana ixrac ötən illə müqayisədə 29,5% artaraq ümumi ixracın 13,7%-ni təşkil edib.

2022-ci ilin analoji dövründə Gürcüstanın Azərbaycana ixracı 488,67 milyon dollar olub.

Bu il Gürcüstanın ikinci və üçüncü əsas ixrac tərəfdaşları müvafiq olaraq Ermənistan (601,52 milyon dollar) və Rusiya (511,770 milyon dollar) olub.
Cari ilin ilk 9 ayı ərzində Gürcüstanın ümumi ixracı illik ifadədə 12,7% artaraq 4,607 milyard dollara çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR