Bank Of Baku

Azərbaycan bu il Gürcüstanın əsas ixrac tərəfdaşı olub

Azərbaycan bu il Gürcüstanın əsas ixrac tərəfdaşı olub
# 19 dekabr 2023 14:27 (UTC +04:00)

Gürcüstan bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycana 787,79 milyon dollar dəyərində mal və məhsullar ixrac edib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bidirilib. Qeyd olunub ki, bu göstərici ötən illə müqayisədə 32,3% çoxdur. 2022-ci ilin ilk 11 ayı ərzində Gürcüstanın Azərbaycana ixracı 595,53 milyon dollar olub. Azərbaycana ixrac Gürcüstanın ümumi ixracının 14,1%-ni təşkil edib.

Gürcüstanın ikinci və üçüncü ixrac tərəfdaşları isə müvafiq olaraq Ermənistan (710,71 milyon dollar) və Qazaxıstan (649,18 milyon dollar) olub.
Cari ildə Gürcüstanın ümumi ixracı illik ifadədə 11,1% artaraq 5 milyard 584,30 milyon dollar təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR