Bank Of Baku

Azərbaycan əhalisinin əczaçılıq məhsullarına xərcləri fevralda azalıb

Azərbaycan əhalisinin əczaçılıq məhsullarına xərcləri fevralda azalıb
# 14 mart 2022 13:15 (UTC +04:00)

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində əczaçılıq məhsulları və tibbi ləvazimatlarına istehlakçılar tərəfindən 177,6 mln. manat xərclənib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, bu, 2021-ci ilin yanvar ayının göstəricisi ilə müqayisədə 28,3% və ya 39,2 mln. manat çoxdur.

Bu ilin yanvar göstəricisi ilə müqayisədə isə fevral satışlarının həcmi 15,2% və ya 14,6 mln. manat azalaraq 81,5 mln. manat təşkil edib.

Qeyd edək ki, bu ilin ilk iki ayında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 2,5%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub. Bu, 2021-ci ilin eyni göstəricisindən 0,2 faiz bəndi çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR