Bank Of Baku

Azərbaycan Gürcüstan iqtisadiyyatında təmsil olunma səviyyəsinin artırılmasında maraqlıdır

Mikayıl Cabbarov

© APA | Mikayıl Cabbarov

# 14 dekabr 2021 14:16 (UTC +04:00)

Pandemiyanın yaratdığı məcburi məhdudiyyətlərə baxmayaraq Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsində sürətli artım müşahidə olunur.

"APA-Economics" xəbər verir ki, bu barədə Bakıda keçirilən Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumunda çıxış edən Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Onun sözlərinə görə, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın Gürcüstanla olan ticarət dövriyyəsi 33% artıb.

"Azərbaycan Gürcüstana ən çox sərmayə yatıran ölkələrdən biridir. Belə ki, bu günədək Azərbaycan tərəfindən Gürcüstana 3,3 mlrd. ABŞ dolları həcmində sərmayə qoyulub. Azərbaycan təkcə ticarət əlaqələrinin inkişafında deyil, həm də Gürcüstan iqtisadiyyatında təmsil olunma səviyyəsinin artmasında maraqlıdır", - deyə M. Cabbarov qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR