Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) sahibkarlar üçün layihələrlə bağlı müraciət prosedurunu daha da asanlaşdırıb. İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, belə ki, AİŞ-in rəsmi internet səhifəsində sahibkar tərəfindən layihə müraciəti forması üçün əlavə bölüm istifadəyə verilib.
Sahibkar yeni bölməyə daxil olaraq layihəyə dair əsas sualları cavablandıra, eləcə də biznes planı elektron müraciət forması vasitəsi ilə sürətli şəkildə yükləyə bilər. Qeyd olunan məlumatlar AİŞ tərəfindən dəyərləndirilir və növbəti mərhələdə sahibkarla əlaqə saxlanılır.
Fəaliyyətində innovativ üsulların tətbiqini, yerli və xarici investorlar, habelə sahibkarlarla əlaqələrin davamlı inkişafını prioritetlərdən hesab edən AİŞ gələcəkdə də bu sahədə təkmilləşdirmə işlərini davam etdirməyi hədəfləyir.
Azərbaycan İnvestisiya Şirkəti sahibkarlar üçün layihələrlə bağlı müraciəti asanlaşdırıb
13 sentyabr 2021 15:08 (UTC +04:00)
Sahibkarlıq
“Kontakt”ın ən böyük mağazalarından olan “Azadlıq metrosu” mağazası yeniləndi- 60%-DƏK ENDİRİMLƏR
11:39
7 may 2024
Sahib Məmmədov: Qadınların orta aylıq əməkhaqqı nisbətinin 80%-ə çatdırılması nəzərdə tutulub
11:20
7 may 2024
Nazir müavini: Qadın sahibkarlığın inkişafı üçün 50 mln. manatdan çox güzəştli kredit verilib
11:19
7 may 2024
Bakıda 4-cü DİM Dialoqu keçirilir - FOTO
10:25
7 may 2024