Bank Of Baku

Azərbaycan iqtisadiyyatında işləyənlərin sayı artıb

Azərbaycan iqtisadiyyatında işləyənlərin sayı artıb
# 14 aprel 2023 13:05 (UTC +04:00)

2023-cü il martın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 33,7 min nəfər və ya 2% artaraq 1715,8 min nəfər olub.

APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, muzdla çalışan işçilərin 901 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 814,8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib

Qeyd edək ki, Hesabat dövründə muzdla işləyənlərin 19,4 %-i təhsil, 18,8 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,8 %-i sənaye, 8,3 %-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,7 %-i tikinti, 6,5 %-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,2 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,6 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,5 %-i peşə, elmi və texniki fəaliyyət, 2 %-i maliyyə və sığorta fəaliyyəti, 14,2 %-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR