Bank Of Baku

Azərbaycan Özbəkistandan ötən il 7,4 mln. dollarlıq xalça idxal edib

Azərbaycan Özbəkistandan ötən il 7,4 mln. dollarlıq xalça idxal edib
# 21 fevral 2022 15:42 (UTC +04:00)

Özbəkistan 2021-ci ildə 18 ölkəyə dəyəri 42,1 mln. ABŞ dolları olan xalça ixrac edib.

"APA-Economics" xəbər verir ki, bu barədə Özbəkistanın Dövlət Statistika Komitəsinin açıqlamasında deyilir.

Qeyd olunur ki, hesabat ilində Özbəkistan Qırğızıstana (20,3 mln. dollar), Azərbaycana (7,4 mln. dollar), Rusiyaya (4,2 mln. dollar), Əfqanıstana (3,4 mln. dollar), Qazaxıstana (2,8 mln. dollar), Səudiyyə Ərəbistanına (2,2 mln. dollar), Tacikistana (538 min dollar), Ukraynaya (437 min dollar), ABŞ-a (430 min dollar), Ermənistana (185 min dollar) və Türkiyəyə (115 min dollar) xalça ixrac edib.

Xatırlada ki, 2020-ci illə müqayisədə ötən il Özbəkistanın xalça ixracı 12,8 mln. dollar və ya 43,7% artıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR