Azərbaycan və Türkiyə arasında bir neçə müqavilə imzalanıb.
“APA-Economics” xəbər verir ki, sənədlər Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "Azərbaycan-Türkiyə İnvestisiya Forumu" çərçivəsində imzalanıb.
Məlumata görə, Azərbaycan Respublikası İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi (TÜİB) arasında 2024-cü il üçün Fəaliyyət Planı, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi və “Titra Teknoloji A.Ş” arasında Əməkdaşlıq Müqaviləsi, Dedeman Otel – Dodem arasında müqavilə, Multipack – Dodem arasında müqavilə imzalanıb.