Bank Of Baku

Azərbaycan ümumi avtomobil idxalını 70%, təkcə hibrid avtomobillərin idxalını isə 2 dəfə artırıb

Azərbaycan ümumi avtomobil idxalını 70%, təkcə hibrid avtomobillərin idxalını isə 2 dəfə artırıb
# 16 avqust 2021 14:06 (UTC +04:00)

2021-ci ilin yanvar-iyul aylarında Azərbaycana 474,615 mln. ABŞ dolları dəyərində 47 374 vahid avtomobil idxal olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 39,2% və 70,5% çoxdur.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə ölkəyə 413,719 mln. dollar dəyərində 44 048 vahid əsasən adamların daşınması üçün nəzərdə tutulan minik avtomobili və digər mühərrikli nəqliyyat vasitəsi idxal olunub. Bu göstərici ötən il ilə müqayisədə dəyər baxımından 40,4% say baxımından isə 69,4% çoxdur.

Bundan başqa, bu ilin ilk yeddi ayında ölkəyə 47,883 mln. dollarlıq 3 198 vahid (illik müqayisədə 94,5% və 98% artım) yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələri idxal olunub.

Hesabat dövründə Azərbaycan 36,390 mln. dollarlıq 5 879 vahid hibrid avtomobil idxal edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə dəyər ifadəsində 2,5 dəfə, say ifadəsində isə 2,4 dəfə çoxdur. Təkcə elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələrindən isə 1,533 mln. dollarlıq 44 ədəd idxal olunub ki, bu da illik müqayisədə 3,7 dəfə və 2,4 dəfə azdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR