Bank Of Baku

Azərbaycan və Almaniya dağ-mədən sahəsində əməkdaşlıq istiqamətlərini müzakirə edib

Azərbaycan və Almaniya dağ-mədən sahəsində əməkdaşlıq istiqamətlərini müzakirə edib
# 15 fevral 2022 14:39 (UTC +04:00)

Azərbaycanla Almaniya arasında dağ-mədən sahəsində əməkdaşlıq istiqamətləri müzakirə olunub.

APA-Economics” xəbər verir ki, bununla bağlı Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) tərəfindən Almaniyadan növbəti nümayəndə heyətinin hökumətlə əlaqələr şöbəsinin rəhbəri və satış üzrə baş icraçı direktor Samar Əjdadi tərəfindən təmsil olunan Almaniya dağ-mədən avadanlıqlarının sistem tədarükçüsü “Becker Mining Europe GmbH” şirkəti üçün səfər təşkil olunub.

Səfər çərçivəsində S. Əjdadi Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyində işgüzar görüşlərdə iştirak edib.

O həmçinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin və Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəsmiləri ilə görüşüb. Görüşdə əməkdaşlığa dair məsələlər müzakirə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR