Bank Of Baku

Azərbaycan və BƏƏ arasında ticarət dövriyyəsi 21% artıb

Azərbaycan və BƏƏ arasında ticarət dövriyyəsi 21% artıb
# 08 sentyabr 2023 13:56 (UTC +04:00)

2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında ticarət dövriyyəsi 58.5 milyon dollar təşkil edib.

APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 21.1% çoxdur. 2022-ci ilin yanvar-iyul aylarında Azərbaycanla BƏƏ arasında ticarət dövriyyəsi 48.3 milyon dollara bərabər olub.

Qeyd edək ki, hesabat dövründə Azərbaycanın BƏƏ-yə ixracı illik müqayisədə 36.7% artaraq 38 milyon 180 min dollar, BƏƏ-nin Azərbaycana ixracı isə 0.8% artaraq 20 milyon 333 min dollar olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR