Azərbaycan və Özbəkistan Qadın Sahibkarlar Assosiasiyaları arasında əməkdaşlıq memorandumu imzalanıb.
"APA-Economics" xəbər verir ki, Memorandum “Azərbaycanda Qadın Sahibkarlığının İnkişafına Yardım Assosiasiyası” ilə Özbəkistanın Qadınların Cəmiyyətdə, Gender Bərabərliyi və Ailədə Rolunun Artırılması Komissiyasının nəzdində fəaliyyət göstərən “Sahibkar Qadınlar Klubu” arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsini nəzərdə tutur.
Sənədi Azərbaycanın və Özbəkistanın hər iki strukturunun rəhbərləri Səkinə Babayeva və Məmləkət Sodikova imzalayıblar.