Bank Of Baku

Azərbaycan və Pakistan qarşılıqlı ticarətin həcmini beş dəfə artırmaq niyyətindədir

Azərbaycan və Pakistan qarşılıqlı ticarətin həcmini beş dəfə artırmaq niyyətindədir
# 10 mart 2022 13:38 (UTC +04:00)

Azərbaycanla Pakistan arasında olan mövcud ticarət dövriyyəsinin həcminin ən azı beş dəfə artırılması nəzərdə tutulur.

Bunu "APA-Economics"ə Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının İdarə Heyətinin sədri Azər Əkbərov deyib.

Onun sözlərinə görə, hazırda iki ölkə arasında siyasi və hərbi əməkdaşlıq çox sıx olsa da, təəssüf ki, iqtisadi əməkdaşlığın səviyyəsi çox aşağıdır.

"Bizim əsas məqsədimiz forumlar və təqdimatlar vasitəsilə biznesləri bir araya gətirmək və ölkələr arasında ticarət dövriyyəsini daha da artırmaqdır ki, bu göstərici ən azı beş dəfə artsın. Bildiyiniz kimi, Türkiyə ilə dövriyyə 5 mlrd. dollara çatır. Halbuki Pakistanla dövriyyə heç 20 mln. dolları keçmir. Ona görə bizim əsas məqsədimiz bu dövriyyəni artırmaqdır", - deyə A. Əkbərov qeyd edib.

O həmçinin əlavə edib ki, hazırda ölkələr arasında imtiyazlı ticarət haqqında sazişin müddəaları razılaşdırılır ki, gömrük rüsumlarından azad olunma mövcud olsun.

"Burada daha çox ərzaq məhsullarının, əczaçılıq, tekstil və digər strateji məhsulların ikitərəfli idxalı və ixracı barədə danışıqlar aparılır. İlk növbədə, düyü xüsusi rol oynayır. Bildiyiniz kimi, Pakistan məşhur düyü ixracatçısı kimi tanınır və bu sahədə ilk addım elə düyü istiqamətindədir. Digər ərzaqlar barədə də danışırlar gedir, o cümlədən Azərbaycandan da Pakistana müxtəlif şirələrin, konservləşdirilmiş və digər məhsulların ixracı barədə məsələlərə baxılır", - deyə A. Əkbərov əlavə edib.

Xatırladaq ki, Azərbaycan Dövlət Gömrük Komitəsinin hesabatına görə, 2021-ci ildə Azərbaycanla Pakistan arasında ticarət dövriyyəsinin həcmi 12 mln. dollara yaxın olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR