Bank Of Baku

Azərbaycan və Tacikistan konserv istehsalı üzrə birgə müəssisələr yarada bilər

Azərbaycan və Tacikistan konserv istehsalı üzrə birgə müəssisələr yarada bilər
# 24 fevral 2022 10:45 (UTC +04:00)

Azərbaycan iş adamlarının Tacikistanda yaradılan azad iqtisadi zonalara sərmayə yatırması təklif olunub.

Kənd Təsərrüfatı Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu təklif

naziri İnam Kərimovun Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Zavki Zakizoda və kənd təsərrüfatı naziri Sulaymon Ziyozoda ilə ikitərəfli görüşü zamanı səsləndirilib.

Bildirilib ki, bu addımlar iki ölkə arasında iqtisadi-ticari əlaqələrin daha da inkişafına, ticarət dövriyyəsinin artmasına təkan verəcək. Eyni zamanda Tacikistan tərəfi Azərbaycanın heyvandarlıqda süni mayalanma və bitkiçilik, meyvəçilik, istixana şəraitində tərəvəz istehsalı təcrübəsinə da ciddi maraq göstərir.

Görüşlərdə Azərbaycanın qeyd olunan sahələrdə, o cümlədən kənd təsərrüfatının elektronlaşdırılması sahəsində təcrübəsini Tacikistanla bölüşməyə hazır olduğu vurğulanıb. Tərəflər sitrus bağlarının salınması, şərabçılıq, konserv istehsalı sahəsində birgə müəssisələrin yaradılmasını, bu sahəyə dair qarşılıqlı təcrübə mübadiləsi aparılmasını vacib sayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR