Türkiyə Azərbaycanın arasında Preferensial Ticarət Sazişinin əhatə dairəsinin genişləndirilməsi istiqamətində işlər aparılır.
İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu barədə nazir Mikayıl Cabbarov Türkiyənin ticarət naziri Mehmet Muşla görüşü zamanı deyib.
Nazir bildirib ki, bu iqtisadi-ticarət əməkdaşlığın gücləndirilməsinə əlavə stimul yaradacaq.
Öz növbəsində Türkiyənin ticarət naziri ölkələrin qarşılıqlı dostluq və qardaşlıq münasibətlərini, strateji müttəfiqliyini vurğulayıb, Azərbaycan-Türkiyə iş birliyinin daha da gücləndirilməsi istiqamətləri barədə fikirlərini bildirib.
Tərəflər iqtisadi-ticarət tərəfdaşlığının genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Qeyd edək ki, M. Muş Bakıya səfəri çərçivəsində ötən gün Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumunda iştirak edib.