Bank Of Baku

Azərbaycan Voronejdən süd və kolbasa məhsullarının əsas idxalçılarından olub

Azərbaycan Voronejdən süd və kolbasa məhsullarının əsas idxalçılarından olub
# 16 fevral 2022 16:36 (UTC +04:00)

Azərbaycan Rusiyanın Voronej vilayətindən süd və kolbasa məhsulları idxal edən əsas ölkələrdən biri olub.

"APA-Economics" Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") yaydığı məlumata istinadən xəbər verir ki, fevralın əvvəlindən bölgədən Azərbaycan, Gürcüstan və Ukraynaya 400 tondan çox süd məhsulları (süd, yağ, sprey, yoqurt və s.) ixrac edilib. Həmçinin, Azərbaycan və Ukraynaya 100 tondan çox kolbasa məhsulları göndərilib. Ukrayna həmçinin, 180 tondan çox quş əti alıb.

Bununla yanaşı, Voronej istehsalçıları Azərbaycan, Latviya, Fransa və Böyük Britaniyaya 6 min tondan çox yem və yem əlavələri göndəriblər.

Bütün məhsullar "Rosselxoznadzor" mütəxəssisləri tərəfindən yoxlanılıb və idxalçı ölkələrin tələblərinə cavab verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR