2023-ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana 1 mlrd. 878 mln. 955 min dollar dəyərində nəqliyyat vasitələri və onların hissələri idxal edilib.
“APA-Economics”ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 44.3% və ya 577 mln. 102 min dollar çoxdur. 2022-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana 1 mlrd. 301 mln. 853 min dollar dəyərində nəqliyyat vasitələri və onların hissələri idxal edilib.
Qeyd edək ki, hesabat dövründə idxal edilən nəqliyyat vasitələri və onların hissələrinin dəyəri Azərbaycanın ümumi idxalının 14.90%-ni təşkil edib.