Bank Of Baku

Azərbaycana 362 mln. dollarlıq əczaçılıq məhsulları idxal edilib

Azərbaycana 362 mln. dollarlıq əczaçılıq məhsulları idxal edilib
# 15 avqust 2023 13:45 (UTC +04:00)

2023-cü ilin yanvar-iyul aylarında Azərbaycana 362 milyon dollar dəyərində əczaçılıq məhsulları idxal edilib.

APA-Economics” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.9% və ya 14.7 milyon dollar azalıb.

2022-ci ilin ilk 7 ayında Azərbaycana 376.7 milyon dollar dəyərində əczaçılıq məhsulları gətirilib.

Qeyd edək ki, hesabat dövründə idxal edilən əczaçılıq məhsullarının dəyəri Azərbaycanın ümumi idxalının 3.79%-ni təşkil edib. Ötən ilin müvafiq dövründə əczaçılıq məhsullarının idxalı Azərbaycanın ümumi idxalının 5.03%-nə bərabər olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR