2023-cü ilin yanvar-may aylarında Azərbaycana 134 mln. 904 min dollar dəyərində 450 min 152 ton buğda idxal edilib.
“APA-Economics” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 25.6% və ya 94 min 527 ton, məbləğ baxımından isə 8.8% və ya 10 mln. 854,64 min dollar çoxdur. 2022-ci ilin ilk 5 ayında Azərbaycana 124 milyon 49 min dollar dəyərində 355 min 625 ton buğda idxal edilib.
Qeyd edək ki, cari ilin yanvar-may aylarında buğdanın idxal qiyməti ötən ilin eyni dövri ilə müqayisədə 14% azalıb.