Bank Of Baku

Azərbaycana dərman idxalı 17%-dən çox artıb

Azərbaycana dərman idxalı 17%-dən çox artıb
# 17 aprel 2023 12:12 (UTC +04:00)

2023-cü ilin yanvar-mart ayları ərzində Azərbaycana 192 milyon 63.25 min dollar dəyərində əczaçılıq məhsulları idxal edilib.

APA-Economics” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 17.6% və ya 28 mln. 693 min dollar çoxdur. Ötən ilin yanvar-mart aylarında Azərbaycana 163 mln. 369.57 min dollar dəyərində əczaçılıq məhsulları idxal edilib.

Qeyd edək ki, hesabat dövründə idxal edilən əczaçılıq məhsullarının dəyəri Azərbaycanın ümumi idxalının 4.77%-ni təşkil edib. Ötən ilin müvafiq dövründə isə əczaçılıq məhsullarının idxalı Azərbaycanın ümumi idxalının 5.58%-nə bərabər olub.

Xatırladaq ki, Azərbaycan cari ilin ilk 3 ayında 11 milyon 991,42 min dollar dəyərində əczaçılıq məhsulları ixrac edib. Bu göstərici ötən ilin ilk 3 ayı ilə müqayisədə 32.7 dəfə çoxdur. 2022-ci ilin yanvar-mart aylarında ölkədən 366.38 min dollar dəyərində əczaçılıq məhsulları ixrac edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR