Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycana 26 606,89 ABŞ dolları dəyərində 31 572,63 ton düyü idxal edilib.
"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bir il öncəki göstərici ilə müqayisədə idxal edilən düyünün dəyəri 22,5%, həcmi isə 7,3% artıb.
Qeyd edək ki, cari ilin ilk altı aylarında düyü idxalı Azərbaycanın ümumi idxalının 0,42%-nə bərabər olub.