2023-cü ilin yanvar-aprel ayları ərzində Azərbaycana 237 milyon 908 min dollar dəyərində əczaçılıq məhsulları idxal edilib.
“APA-Economics” Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 11.3% və ya 28 mln. 770 min dollar çoxdur. 2022-ci ilin yanvar-aprel aylarında Azərbaycana 213 mln. 736,25 min dollar dəyərində əczaçılıq məhsulları idxal edilib.
Qeyd edək ki, hesabat dövründə idxal edilən əczaçılıq məhsullarının dəyəri Azərbaycanın ümumi idxalının 4.49%-ni təşkil edib.