Bank Of Baku

Azərbaycana elektromobil idxalı 7 dəfəyə yaxın artıb

Azərbaycana elektromobil idxalı 7 dəfəyə yaxın artıb
# 15 sentyabr 2023 15:33 (UTC +04:00)

2023-cü ilin yanvar-avqust aylarında Azərbaycana 74 milyon 136 min dollar dəyərində 1803 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri (elektromobil) idxal edilib.

APA-Economics” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə say baxımından 6.8 dəfə və ya 1536 ədəd, məbləğ baxımından isə 8.2 dəfə və ya 65 milyon 76 min dollar artıb.

2022-ci ilin ilk 8 ayında Azərbaycana 9 milyon 60 min dollar dəyərində 267 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri gətirilib.

Qeyd edək ki, cari ilin yanvar-avqust aylarında Azərbaycana 222 milyon 364 min dollar dəyərində 9640 ədəd ( illik müqayisədə 17.4% çox) daxiliyanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri (hibrid) idxal olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR