Bank Of Baku

Azərbaycana elektromobil idxalı artıb

Azərbaycana elektromobil idxalı artıb
# 17 fevral 2022 16:47 (UTC +04:00)

Bu ilin yanvar ayı ərzində Azərbaycana 68 215,76 min ABŞ dolları dəyərində 5 685 vahid avtomobil idxal olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 27,6% və 22,4% çoxdur.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk ayında ölkəyə 48 996,72 min dollar dəyərində 5 231 vahid əsasən adamların daşınması üçün nəzərdə tutulan minik avtomobili və digər mühərrikli nəqliyyat vasitəsi idxal olunub. Bu göstərici 2021-ci ilin eyni göstəricisindən dəyər baxımından 13,4%, say baxımından isə 23,4% çoxdur.

Bundan başqa, bu ilin yanvarında ölkəyə 8 877,15 min dollar dəyərində 366 vahid (2021-ci ilin eyni göstəricisi ilə müqayisədə müvafiq olaraq dəyər ifadəsində 55,1%, say baxımından isə 1 vahid az) yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələri, 55 vahid (24 vahid çox) 6 680,17 min dollar dəyərində (artım 72,5%) sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri və 33 vahid (27 vahid çox) 3 661,72 min dollar dəyərində (5,5 dəfədən çox) xüsusi təyinatlı mühərrikli nəqliyyat vasitələri idxal olunub.

Komitənin məlumatına görə, bu ilin yanvar ayında ölkəyə dəyəri 10 270,96 min dollar (2021-ci ilin yanvar ayının göstəricisi ilə müqayisədə 4,4 dəfədən çox) təşkil edən 1137 vahid (2,4 dəfədən çox) daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, həmçinin 505,4 min dollar (95,5% çox) dəyərində 13 vahid (11 vahid az) yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri idxal olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR