Bank Of Baku

Azərbaycana kolbasa Rusiyadan 4, Almaniyadan 7 manata idxal edilib

Azərbaycana kolbasa Rusiyadan 4, Almaniyadan 7 manata idxal edilib
# 01 iyul 2023 13:09 (UTC +04:00)

2023-cü ilin yanvar-aprel aylarında Azərbaycana 5 milyon 435 min dollar dəyərində 1926 ton ətdən və əlavə ət məhsullarından hazırlanan kolbasalar idxal edilib.

APA-Economics”in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstərici həcmi baxımından 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 23% və ya 360 ton, məbləğ baxımından isə 19% və ya 864 min dollar çoxdur. 2022-ci ilin ilk 4 ayında Azərbaycana 4 milyon 570 min dollar dəyərində 1566 ton ətdən və əlavə ət məhsullarından hazırlanan kolbasalar idxal edilib.

Qeyd edək ki, hesabat dövründə Azərbaycana kolbasa əsasən Rusiyadan (1592 ton), Belarusdan (105 ton), Almaniyadan (99,3 ton) və Türkiyədən( 83.3 ton) gətirilib.

Əlavə edək ki, bu dövrdə Rusiyadan gətirilən kolbasanın hər kiloqramının orta idxal qiyməti 4.1, Belarusdan gətirilən 8.16, Almaniyadan gətirilən 7, Türkiyədən gətirilən isə 7.4 manata bərabər olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR