Bu ilin yanvar-may ayları ərzində Azərbaycana 199 740,20 min ABŞ dolları dəyərində 9 912,75 ton əczaçılıq məhsulları idxal olunub.
"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk beş ayında Azərbaycanın idxal etdiyi əczaçılıq məhsullarının dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 31,8%, həcmi isə 1,2% artıb.
Bu ilin aprel ayı ilə müqayisədə mayda sözügedən məhsulların ölkəyə idxalı dəyər ifadəsində 96,7% artıb, həcm ifadəsində isə 21,7% azalıb.