2023-cü ilin yanvar-iyun aylarında Azərbaycana 65 milyon 625 min dollar dəyərində mebel və onun hissələri idxal edilib.
“APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesasabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 30.5% və ya 15.3 milyon dollar çoxdur. 2022-ci ilin ilk 6 ayında Azərbaycana 50 milyon 278 min dollar dəyərində mebel və onun hissələri idxal edilib.
Xatırladaq ki, hesabat dövründə mebel idxalının ümumi idxalda payı 0.80% təşkil edib.