Bu ilin yanvar-may aylarında Azərbaycana 39 217,16 min ABŞ dolları dəyərində mebel və hissələri idxal olunub.
"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ölkənin idxal etdiyi mebel məhsullarının dəyəri 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 16,2% artıb.
Bu ilin aprel ayı ilə müqayisədə isə mayda sözügedən məhsulların ölkəyə idxalı dəyər ifadəsində 661,2 min dollar və ya 7,3% azalıb. May ayında ölkəyə 8 322,8 min dollar dəyərində mebel məhsulları idxal olunub.
Qeyd edək ki, bu ilin ilk beş ayında bu kateqoriyadan olan məhsulların idxalda xüsusi çəkisi 0,76%-ə bərabər olub.