Bank Of Baku

Azərbaycana quş əti və yumurta idxalında kvotaların tətbiqi təklif olunub

Azərbaycana quş əti və yumurta idxalında kvotaların tətbiqi təklif olunub
# 12 aprel 2022 15:56 (UTC +04:00)

Azərbaycana quş əti və yumurta idxalında kvotaların tətbiqi ilə bağlı müraciət olunub. “APA-Economics” xəbər verir ki, bu təklif Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının (APEPEA) rəhbəri Mürvət Həsənli tərəfindən İqtisadiyyat Nazirliyi tabeliyində fəaliyyət göstərən Kiçik və Orta Biznesin İnkişafı Agentliyində Assosiasiya üzvləri ilə keçirilən görüşdə səsləndirilib.
Assosiasiya rəhbərinin sözlərinə görə, əksər ölkələrdə, o cümlədən Gürcüstan və Türkiyədə yerli istehsalçıları qorumaq üçün məhz bu üsuldan istifadə olunur.
“Keçən il Azərbaycana 31 min ton quş əti idxal olunub. Bu həcmin idxalı zamanı dövlət büdcəsinə ən yaxşı halda 11-12 mln. manat rüsum ödənilib. Amma bu qədər quş ətinin ölkədə istehsalı zamanı 22 min nəfər işlə təmin olunur, sosial ayırma, vergi və rüsum şəklində büdcəyə 18 mln. manat ödənilir. Hələ bu istehsal zamanı sərf olunan qaz, enerji, su, yemə görə ödənişlərdən büdcəyə çatan məbləğləri demirəm. Bunları nəzərə alaraq, biz ölkəyə quş əti və yumurta idxalının kvotalaşdırılmasını xahiş edirik”, - deyə Mürvət Həsənli qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR