2023-cü ilin yanvar-iyun ayları ərzində Azərbaycana 57,017 milyon dollar dəyərində tütün və tütün məmulatları idxal edilib.
“APA-Economics” Dövlər Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 41% və ya 16 milyon 554 min dollar artıb. 2022-ci ilin ilk 6 ayı ərzində Azərbaycana 40 milyon 463 min dollar dəyərində tütün tütün məhsulları idxal edilib.
Qeyd edək ki, cari ilin yanvar-iyun aylarında tütün və tütün məmulatlarının idxalı Azərbaycanın ümumi idxalının 0.70%-nə bərabər olub.