Bu ilin yanvar-iyun aylarında Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri 909 660,86 min ABŞ dollarına bərabər olub.
"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk altı ayında yeyinti məhsulları üzrə idxalın dəyəri ötən ilin analoji dövrünə nisbətən 18,7% çoxdur.
Ümumilikdə, yanvar-iyun aylarında qida məhsullarının ümumi ölkə idxalında çəkisi 16,87% təşkil edib.