2023-cü ilin yanvar-may aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkələrində istehlakçılara 964 milyon manatlıq içki və tütün məmulatları satılıb.
Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Qeyd edək ki, hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 409,7 manatlıq, o cümlədən 235,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 173,9 manatlıq isə qeyri-ərzaq məhsulları alıb.