2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkələrində istehlakçılara 1 milyard 370.9 milyon manatlıq içki və tütün məmulatları satılıb.
Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Qeyd edək ki, hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 437,9 manat və ya 2022-ci ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 59,1 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 246,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 191 manatlıq qeyri-ərzaq malları alıb.