Bank Of Baku

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 15% artıb

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 15% artıb
# 11 aprel 2022 15:50 (UTC +04:00)

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda fəaliyyəti aktivləşən (bərpa edilən) hüquqi şəxslərin sayı 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 25,3%, fəaliyyəti aktivləşən ƏDV ödəyicilərinin sayı isə 20,2% artıb.

Dövlət Vergi Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, aprelin 1-nə dövlət qeydiyyatında olan 148 788 kommersiya qurumundan 89 860-nın vəziyyəti aktiv olub.
2021-ci ilin müvafiq dövrü ilə müqayisədə aktiv kommersiya qurumlarının sayı 12,1% artıb, xüsusi çəkisi isə artaraq 60,4%-ə çatıb. Dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 15% artaraq 27 570 vahid təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR