Bank Of Baku

Azərbaycanda bu il kafe və restoranlara 1.8 mlrd. manat pul xərclənib

Azərbaycanda bu il kafe və restoranlara 1.8 mlrd. manat pul xərclənib
# 15 dekabr 2023 17:20 (UTC +04:00)

2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 17,3% artaraq 1 milyard 819,5 milyon manat təşkil edib.

Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qeyd edək ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 50,5%-i hüquqi şəxslərin, 49,5%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2022-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 18,3% artaraq 910,1 milyon manat olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR