Azərbaycanda daha 9 kiçik dövlət müəssisə və obyekti hərrac yolu ilə özəlləşdiriləcək.
Əmlak Məsələləri Dövlət Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, aprelin 5-də keçiriləcək hərraca çıxarılacaq kiçik dövlət müəssisəsi və obyektləri iaşə, kənd təsərrüfatı sahələrinə aiddir və bölgələrdə yerləşir.
Özəlləşdiriləcək müəssisələrin siyahısı ilə Xidmətin rəsmi saytından tanış olmaq olar.