Azərbaycanda daha iki kiçik dövlət müəssisə və obyekti hərrac yolu ilə özəlləşdirilib.
İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, özəlləşdirilən obyekt və kiçik dövlət müəssisəsi Beyləqan və Şəmkir rayonlarında yerləşir.
15 fevral hərracında özəlləşdirilmiş əmlaklar üzrə dövlət büdcəsinə 100 855 manat vəsaitin ödənilməsi nəzərdə tutulur.
Hərracda özəlləşdirilən dövlət əmlakının siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi səhifəsindən tanış olmaq olar.