Azərbaycanda duru bitki yağlarının istehsalı 35% artıb

Azərbaycanda duru bitki yağlarının istehsalı 35% artıb
# 18 mart 2024 12:31 (UTC +04:00)

2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanda 6949,8 ton duru bitki yağı istehsal edilib.

APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 34.6% və ya 1786.5 ton çoxdur. Belə ki, 2023-cü ilin yanvar-fevral aylarında ölkədə 5163,3 ton duru bitki yağı istehsal edilib.

Qeyd edək ki, 2024-cü il mart ayının 1-nə Azərbaycanda hazır duru bitki yağı ehtiyyatı 4321.6 ton təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR