Azərbaycanda əczaçılıq məhsullarının satışı iyunda 3% artıb

Azərbaycanda əczaçılıq məhsullarının satışı iyunda 3% artıb
# 20 iyul 2022 14:06 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində əczaçılıq məhsulları və tibbi ləvazimatlara istehlakçılar tərəfindən 553,2 mln. manat xərclənib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, 2021-ci ilin eyni göstəricisi ilə müqayisədə 27,5% və ya 119,3 mln. manat çoxdur.

Bu ilin may göstəricisi ilə müqayisədə iyun satışlarının həcmi 3,1% və ya 3,3 mln. manat artaraq 107,9 mln. manat təşkil edib.

Qeyd edək ki, bu ilin ilk altı ayında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 2,5%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub ki, bu da ötən ilin eyni göstəricisindən 0,3 faiz bəndi çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR