Bank Of Baku

Azərbaycanda əczaçılıq məhsullarının satışları martda 7% artıb

Azərbaycanda əczaçılıq məhsullarının satışları martda 7% artıb
# 12 aprel 2022 14:02 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində əczaçılıq məhsulları və tibbi ləvazimatlarına istehlakçılar tərəfindən 264,7 mln. manat xərclənib.
"APA-Economics"in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, bu, 2021-ci ilin birinci rübünün göstəricisi ilə müqayisədə 22,5% və ya 48,6 mln. manat çoxdur.
Bu ilin fevral göstəricisi ilə müqayisədə isə mart satışlarının həcmi 7% və ya 5,6 mln. manat artaraq 87,1 mln. manat təşkil edib.
Qeyd edək ki, bu ilin ilk üç ayında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 2,4%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub. Bu, 2021-ci ilin eyni göstəricisindən 0,2 faiz bəndi çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR