Bank Of Baku

Azərbaycanda əhali ötən ay geyimə 1 mlrd. manata yaxın pul xərcləyib

Azərbaycanda əhali ötən ay geyimə 1 mlrd. manata yaxın pul xərcləyib
# 22 noyabr 2023 13:31 (UTC +04:00)

2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda pərakəndə ticarət məntəqələrində toxuculuq məhsulları, geyim və ayaqqabılara 6 milyard 448 milyon manat vəsait xərclənib.

APA-Economics”in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 13.6% və ya 772 milyon manat çoxdur.

Qeyd edək ki, cari ilin oktyabr ayında pərakəndə ticarət məntəqələrində toxuculuq məhsulları, geyim və ayaqqabılara xərclənən vəsaitin həcmi isə 965.1 milyon manata bərabər olub.

Xatırladaq ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 14%-i toxuculuq məhsullarına, geyim və ayaqqabıların alınmasına sərf olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR