Bank Of Baku

Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri artıb

Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri artıb
# 18 aprel 2022 09:35 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında ölkədə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 5,2% artaraq 2112,3 mln. manat olub.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, hüquqi şəxslər tərəfindən əhaliyə 1584,2 mln. manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75%-ni təşkil edib.
Cari ilin yanvar-mart aylarında hər bir ölkə sakini orta hesabla 210,4 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 27,6 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR